Hakan Fidan Rubio ilə danışdı: Qəzzaya yardım davam etməlidir


Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Rubio ilə Qəzza atəşkəsini müzakirə edib.

Turkustan.az xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Mark Rubio arasında telefon danışığı baş tutub.

Görüş zamanı Qəzzada elan olunmuş atəşkəsin qorunması və bölgəyə humanitar yardımların fasiləsiz şəkildə çatdırılması üçün atılmalı olan addımlar müzakirə edilib.

Tərəflər, eyni zamanda, Misirin Şarm Əl-Şeyx şəhərində imzalanmış dördtərəfli sazişin maddələrinin icrası ilə bağlı son durumu da nəzərdən keçiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ