Bortnikovdan yeni iddia: Xəzərdə iki ölkə hücuma keçəcək


Britaniyalılar Ukrayna ilə birlikdə “Türk axını” qaz kəmərinə qarşı təxribatlar hazırlayır.

Turkustan.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə Rusiya FSB-nin direktoru Aleksandr Bortnikov çıxış edib.

O bildirib ki, agentlik britaniyalıların Ukrayna kəşfiyyat xidmətləri ilə birlikdə qaz kəmərinə qarşı təxribat planlaşdırması barədə məlumatlara malikdir.

Bortnikovun sözlərinə görə, Böyük Britaniya ordusunun xüsusi təyinatlı qüvvələrinin kəşfiyyat xidməti Xəzər Boru Kəməri Konsorsiumuna PUA hücumu planlaşdırır.

Qeyd edək ki, sözügedən kəmərin səhmdarları Rusiya, Qazaxıstan və ABŞ şirkətləridir.


MANŞET XƏBƏRLƏRİ