İsrail ordusuna qalmaqallı əmr! ABŞ-la hücuma hazırlıq başlayır


İsrailin müdafiə naziri Yisrael Katzın Qəzzada atəşkəs olacağı təqdirdə İsrail ordusuna HƏMAS-a qarşı "hərtərəfli plan hazırlamağı" tapşırdığı bildirilir.

Turkustan.az xəbər verir ki, İsrailin müdafiə naziri Katz Baş Qərargah rəisi Eyal Zamir və yüksək rütbəli generallarla görüş keçirib.

Katz orduya "Həmas atəşkəs planından əl çəkərsə və hücumlar yenidən başlayarsa, onu tamamilə məğlub edəcək plan hazırlamağı" tapşırıb.

O, ABŞ prezidenti Donald Trampın Qəzza planının Qəzzanın tərksilahını ehtiva etdiyini, İsrailin də ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələrlə birlikdə Qəzzada tunelləri dağıtmaq üçün hərəkətə keçəcəyini bildirib.

Katz bildirib ki, HƏMAS razılaşmanı yerinə yetirməkdən imtina edərsə, İsrail ABŞ-ın koordinasiyası ilə hücumları bərpa edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ