İsrailin baş naziri Benyamin Netanyahunun bu gün istirahət edəcəyi və xəstəlik səbəbilə proqramlarını ləğv edəcəyi bildirilir.
Turkustan.az xəbər verir ki, İsrailin baş nazir ofisindən verilən açıqlamaya görə, Netanyahu tənəffüs yoluxucu infeksiyadan əziyyət çəkir. Bəyanatda tənəffüs yoluxucu infeksiyanın Netanyahu və ya onun ətrafı üçün heç bir təhlükə yaratmadığı, İsrail baş nazirinin həkim məsləhəti ilə bu gün iş qrafikini ləğv etdiyi və evdə istirahət etdiyi bildirilib.
İsrail mediasının məlumatına görə, Netanyahu bu gün səhər Təl-Əviv Rayon Məhkəməsində korrupsiya işi ilə bağlı ifadə verərkən xəstəlikdən şikayət edib və bugünkü iclasın ləğvini istəyib. Saat 16:30-da davam etdirilməli olan iclas məhkəmə vəsatəti təmin etdikdən sonra ləğv edilib.
Aytən Yaşar/ Turkustan.az