NATO silahlanmaya start verdi: 17 ölkə Ukrayna üçün sıraya düzüldü


NATO üzvlərinin yarıdan çoxu ABŞ-ın “Prioritised Ukraine Requirements List” (PURL) təşəbbüsü çərçivəsində Ukraynaya təhvil verilməsi üçün Amerika silahlarını almağa hazırdır.

Turkustan.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte bildirib. O qeyd edib ki, ümumilikdə təxminən 16–17 ölkə qoşulmağa razılıq göstərib.

Rutte mətbuat konfransında PURL-in məqsədinin Ukraynanın ehtiyac duyduğu hazır vəziyyətdə silahları ABŞ səviyyəsində əldə etməsinə yardım etmək olduğunu vurğulayıb və bəzi əsas silah növlərinin yalnız ABŞ tərəfindən təmin edilə biləcəyini söyləyib.

Baş katib həmçinin qeyd edib ki, PURL proqramı ilə artıq ilk paketlər üçün altı müttəfiq maliyyə ayırıb və toplantıda digər ölkələrin də yeni töhfə vədləri verdiyi bildirilib. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ