İsrail 1966 fələstinli məhbusu həbsxanalardan çıxarıb.
Turkustan.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə əməliyyata cəlb olunan rəsmilər məlumat yayıblar.
Azad edilənlər arasında Qərb Sahilindəki Ofer həbsxanasından buraxılacaq 250 məhkum da var. Onlar terrorda ittiham olunanlardır. Həmin məhbusların sərbəst buraxılması HƏMAS-ın Qəzzada qalan girovları təhvil verməsindən sonra həyata keçiriləcək.
Müharibə dövründə saxlanılan daha 1718 Qəzza sakini isə İsrailin cənubundakı Ketziot həbsxanasından azad edilərək Qəzzaya göndəriləcək. Onların Qəzzanın cənubundakı Nasser xəstəxanasına aparılması gözlənilir./publika.az