ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ Çinə zərər vermək yox, kömək etmək istəyir.
Turkustan.az xəbər verir ki, Tramp ABŞ-da yerləşən sosial media platforması Truth Social hesabında mövzu ilə bağlı paylaşım edib.
Çinlə bağlı heç bir narahatçılığa yol verilməməsi lazım olduğunu və hər şeyin yaxşı olacağını ifadə edən Tramp: "Möhtərəm (Çin prezidenti Xi Jinping) Sədr Xi sadəcə pis anlar yaşadı. O, ölkəsinin depressiyaya düşməsini istəmir, mən də istəmirəm. ABŞ Çinə zərər vermək yox, kömək etmək istəyir" deyə, bildirdi.
Aytən Yaşar/ Turkustan.az