Putin işçi miqrant axtarışında


"Rusiya xarici işçi qüvvəsində maraqlıdır, lakin o, qanuna tabe olan vətəndaşlardan təşkil olunmalıdır".

Turkustan.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Tacikistana səfərindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Rusiya, əlbəttə ki, işçi qüvvəsində maraqlıdır, lakin eyni zamanda, biz maraqlıyıq ki, birincisi, o, bizə lazım olan işçi qüvvəsi olsun, ikincisi, insanların özləri normal şəraitdə yaşasınlar və qayda-qanunlarımıza əməl etsinlər”.

Rusiya dövlət başçısı vurğulayıb ki, hazırda miqrasiya sahəsində çoxlu problemlər var və ruslar özləri də bunu qeyd edirlər. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ