Avropa İttifaqı daha 6 süni intellekt fabriki tikəcək


Avropa İttifaqına (Aİ) bağlı olan Avropa Yüksək Performanslı Hesablama Tərəfdaşlığı Təşəbbüsü (Avro HPC), Çexiya, Litva, Hollandiya, Polşa, Rumıniya və İspaniyanın yeni qurulan süni intellekt fabriklərinə ev sahibliyi edəcəyini açıqladı.

Turkustan.az xəbər verir ki, Avropada super hesablama texnologiyaları və tətbiqləri inkişaf etdirməyi hədəfləyən Lüksemburqda yerləşən Euro HPC, yerləşdirilməsi planlaşdırılan yeni süni intellekt fabrikləri ilə bağlı açıqlama yayıb.

Euro HPC gələn il Avropada yerləşdiriləcək əlavə süni intellekt fabriklərinə ev sahibliyi etmək üçün Çexiya, Litva, Hollandiya, Polşa, Rumıniya və İspaniyanı seçib.

Açıqlamada Avropada 13 süni intellekt fabrikinin yerlərinin daha əvvəl müəyyən edildiyi və bunların bütün Avropada innovasiyalara töhfə verəcək bir-biri ilə əlaqəli süni intellekt mərkəzləri şəbəkəsi yaradacağı qeyd edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ