Ölkə fəlakət yaşayır! Son 24 saat ərzində ikinci güclü zəlzələ baş verib


Asiya ölkəsi Filippində gecə saatlarında baş verən 7,4 bal gücündə zəlzələdən saatlar sonra 6,9 bal gücündə yeni zəlzələ baş verib .

Turkustan.az xəbər verir ki, Filippinin Mindanao bölgəsində 7,4 bal gücündə güclü zəlzələ baş verib

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu Filippinin şərq və cənub sahilləri üçün sunami xəbərdarlığı edib və icmalara potensial sunami dalğalarına qarşı diqqətli olmağı tövsiyə edib. Filippinin bəzi bölgələrində də dənizlər çəkilib.
Zəlzələdən sonra Davao şəhər hökuməti infrastruktur və obyektlərə dəyən zərərin sürətli qiymətləndirilməsinə imkan vermək üçün həm dövlət, həm də özəl məktəblərdə bütün səviyyələrdə dərslərin dayandırıldığını elan etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ