Elxan Şahinoğlu: Trampı anlamaq çətindir, 90-cı ildə Bakıda...


“ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına iddiasını anlamaq çətindir. Bəlkə də Nobel Komitəsinin tarixində belə hal olmayıb ki, kimsə il ərzində davamlı şəkildə “mükafat mənə verilməlidir” açıqlamasını versin”.

Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, Tramp gələn il mükafata əsas namizədlərdən biri ola bilər:

“Ağ Ev sahibi Qəzza ilə bağlı razılaşmanı daha əvvəl əldə etsəydi, bu il mükafata əsas namizəd olacaqdı. Nobel Komitəsi sülh mükafatını alacaq namizədləri aylar öncə müəyyənləşdirib və həmin müddətdə Qəzzada hələ qətllər davam edirdi. Ədalət naminə, Tramp ABŞ-nin keçmiş Prezidenti Barak Obamadan daha çox Nobelə layiqlidir.

Barak Obama 2009-cu ildə beynəlxalq diplomatiyanı gücləndirmək üçün göstərdiyi səylərə görə Nobel sülh mükafatına layiq görülüb. Ancaq Obama xarici və təhlükəsizlik sahəsində elə bir uğur qazanmamışdı.

Bakıda 1990-cı ilin yanvar ayında qətliama “yaşıl işıq” yandıran SSRİ-nin son lideri Mixail Qorbaçov da Nobel sül mükafatı almışdı”./teleqraf


MANŞET XƏBƏRLƏRİ