Tramp: "Həmas sühə hazırdır, İsrail hücumları dərhal dayandırmalıdır!"


ABŞ prezidenti Donald Tramp, HƏMAS-ın “qalıcı sülhə” hazır olduğuna inandığını bildirib və “İsrail Qəzzanın bombardmanını dərhal dayandırmalıdır ki, məhbusları tez və təhlükəsiz şəkildə çıxara bilək” deyib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp HƏMAS-ın Qəzzada atəşkəs planına reaksiyası ilə bağlı sosial mediada açıqlama verib.

"HƏMAS-ın indicə verdiyi bəyanata əsaslanaraq, onların davamlı sülhə hazır olduqlarına inanıram. İsrail Qəzzanın bombardmanını dərhal dayandırmalıdır ki, məhbusları tez və təhlükəsiz şəkildə çıxara bilək", - Tramp açıqlamasında bildirib.

ABŞ prezidenti Qəzzada mövcud vəziyyətin təhlükəsiz olmadığına diqqət çəkərək, "Artıq təfərrüatları müzakirə edirik. Bu, təkcə Qəzza ilə bağlı deyil, uzun müddətdir axtarılan Yaxın Şərq sülhü ilə bağlıdır" şərhini verib.

HƏMAS ABŞ prezidenti Trampın Qəzza planında məhbus mübadiləsini qəbul etdiyini və bəzi digər maddələrin müzakirəyə ehtiyacı olduğunu açıqlamışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ