Ərdoğan və Tramp Qəzzanı müzakirə etdi


Rəcəb Tayyib Ərdoğan ABŞ-ın tələbi ilə bu gün ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, danışıqlarla bağlı məlumatı Türkiyə Prezident Administrasiyasının Rabitə Müdirliyi yayıb.

Açıqlamaya görə, telefon danışığında Türkiyə-ABŞ ikitərəfli münasibətləri və Qəzzadakı son vəziyyət müzakirə olunub. Prezident Ərdoğan Vaşinqtona etdiyi səfərin iki ölkə arasında əlaqələrin gücləndirilməsinə töhfə verdiyini bildirib. O, xüsusilə müdafiə sənayesi başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb.

Ərdoğan Qəzzada və ümumilikdə bölgədə sülhün təmin olunması istiqamətində Türkiyənin göstərdiyi səylərdən bəhs edib və bu təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını qeyd edib.

Prezident Rabitə Müdirliyinin açıqlamasına əsasən, Ərdoğan diplomatik təmasların sürətləndirildiyini, Türkiyənin qlobal sülh vizyonuna töhfə verməyə davam etdiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, İsrailin hücumlarını dayandırması bölgədə sülhün bərqərar olunması üçün olduqca vacibdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ