Ərdoğanın nəvəsinin Qəzza ilə bağlı zirvəyə damğa vuran mesajı


Prezident Rəcəb Tayyib Ərdoğanın nəvəsi və Gənc Diplomatiya Dərnəyinin sədr müavini Ömər Tayyib Ərdoğan Boğaziçi Diplomatiya Forumunun bağlanış mərasimində çıxış edərək, bir sıra vacib mesajlar verib.

Turkustan.az xəbər verir ki, o, çıxışında o bildirib:
"Cənab Prezident və hörmətli qonaqlar, bu gün biz insanlığın, vicdanın və mərhəmətin səsinə qulaq asmaq üçün buraya toplaşmışıq. Boğaziçi Diplomatiya Forumu vasitəsilə məqsədimiz gənclər üçün diplomatiyanın mahiyyətini nümayiş etdirmək və dünyaya baxış bucağımızı ifadə etməkdir. Diplomatiya təkcə bir neçə güclərin əlində deyil; bu hər kəsin haqqıdır və ortaq mirasdır. Boğaziçi Diplomatiya Forumu bu anlayışla həyata keçirilən unikal bir platformadır. Bu gün yanımızda olan prezidentimiz, cənab Rəcəb Tayyib Ərdoğanın sözlərinə əməl etmək niyyətindəyik. O, gənclərimizi təkcə gələcəyin memarları kimi deyil, həm də dəyişikliklərin hərəkətverici qüvvəsi kimi görür. Sivilizasiya irsimizi öz kökündə daşıyan türk gənclərinin enerjisi, əzmi və arzularının Türk Yüzyılında dövrümüzə damğasını vuracağına ürəkdən inanıram. Bu Türk əsrində biz cəsarətimizlə gələcəyə ilham verməyə çalışan, diplomatiyada həyata baxışımızı, millətimizə olan inancımızla çalışan gənclərik".

Ömər Tayyib Ərdoğan, çıxışında beynəlxalq sistemin qarşısında duran humanitar məsuliyyətlərə də toxunub:
"Sivilizasiya irsimizin bizə verdiyi ən mühüm vəzifə Qəzzada yaşanan insan faciəsinə qarşı səssiz qalmamaqdır. Yardım çağırışlarımız yalnız sözlə yox, konkret məsuliyyət və həmrəyliklə müşayiət olunmalıdır."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ