Belçika Müdafiə Nazirliyi cümə axşamı axşam saatlarında Almaniya sərhədi yaxınlığındakı Elsenborn hərbi bazası üzərində 15 pilotsuz uçuş aparatının aşkarlanması ilə bağlı araşdırma aparır.
Turkustan.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb .
Nazirlik cümə günü bildirib ki, pilotsuz təyyarələrin haradan gəldiyi və kimin uçurduğu hələ məlum deyil, lakin onların baza üzərində uçduqdan sonra Almaniyaya uçduğu bildirilir.
Belçikada baş verən insident Avropa hava məkanında dronlarla bağlı nasazlıq dalğası fonunda baş verib.
Aytən Yaşar/ Turkustan.az