Rusiyada Bəşər Əsədə qarşı sui-qəsdin əsas məqsədi bəlli olub.
Hazırda Moskvada olan Suriyanın keçmiş prezidenti Bəşər Əsəd, ehtimal ki, uğursuz sui-qəsd zamanı zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Xarici KİV xəbərlərinə görə, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.
Hüquq müdafiəçilərinin öz mənbələrinə istinadən verdiyi məlumata görə, devrilmiş diktator "Rusiya hökuməti üçün əlverişsiz vəziyyət yaratmaq və onu Əsədi aradan qaldırmaqda günahlandırmaq" məqsədi ilə zəhərlənib. Məlumata görə, Suriyanın keçmiş prezidenti sentyabrın 30-da səhər saatlarında Moskva Xəstəxanasından buraxılıb.
İnsan haqları təşkilatındakı mənbə qeyd edib ki, təhlükəsizlik baxımından Əsədin müalicəsi zamanı ona yalnız qardaşı Mahir Əsəd və və prezidentlik məsələləri üzrə keçmiş baş katib Mənsur Əzəm baş çəkib. Rusiya hökuməti hələlik bu məsələyə rəsmi münasibət bildirməyib.
Devrilmiş diktator on ay əvvəl vətəndaş müharibəsi zamanı devrildikdən sonra Rusiyada siyasi sığınacaq alıb. 60 yaşlı Bəşər Əsəd Rusiyaya köçəndən bəri ictimaiyyət qarşısına çıxmayıb./lent.az