Trampdan sülh mesajı: “Qəzzada razılıqdan sonra Rusiya ilə də razılaşacağıq”


ABŞ prezidenti Donald Tramp Qəzza zolağında sülhə nail olacağını, daha sonra isə Rusiya-Ukrayna müharibəsini sona çatdıracağını bəyan edib.

Turkustan.az xəbər verir ki, “One America News Network” kanalına verdiyi müsahibədə gündəmdəki məsələləri dəyərləndirən Tramp ikinci dəfə prezident seçiləcəyi təqdirdə dünya miqyasında sülh təşəbbüslərini həyata keçirəcəyini vurğulayıb.

Tramp, daha əvvəl “yeddi müharibəyə son qoyduğunu” xatırladaraq, bu sayın tezliklə səkkizə yüksələcəyini bildirib:
“Yaxın Şərq təqribən 3000 ildən sonra həll olunmağa hazırlaşır. Biz yalnız Qəzzada deyil, ondan da böyük hədəflərə çatacağıq. Qəzzaya əlavə olaraq ümumi sülhə nail olacağıq və bu, böyük uğur olacaq,” – deyə o qeyd edib.

Ukrayna müharibəsi barədə də danışan Tramp, ilkin mərhələdə bu münaqişəni sona çatdırmağın asan olacağını düşündüyünü, lakin zaman keçdikcə daha çətin bir proseslə qarşılaşdığını etiraf edib. Buna baxmayaraq, Qəzzada sülh əldə edildikdən sonra Rusiya ilə də razılığa gələcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ