Elmar Məmmədyarov: “Bu xəbəri mənə ləkə yaxmaq üçün yayıblar” – VİDEO


“Məni “rus agenti” kimi qələmə verənin, bunun arxasında kimin dayandığını bilirəm”.

Bu sözləri Globalinfo TV-yə videomüsahibəsi zamanı sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O, bunun şayiə olduğunu vurğulayıb:

“Ləkə yaxmaq üçün istədilər belə xəbər yaysınlar. Amma bunu ciddi qəbul etmirəm. Maraqlıdır, Rusiya ilə niyə bağlayırlar?! Baxmayaraq ki, 13 ildən artıq ABŞ-da yaşamışam, oxumuşam, işləmişəm, məni ABŞ yox, Rusiya casusu kimi qələmə verdilər. Babalı ləkə yaxmaq üçün sifariş verənlərin boynuna”.

Müsahibənin davamını buradan izləyə bilərsiniz:


MANŞET XƏBƏRLƏRİ