Fransanın xarici işlər naziri Jan-Noel Barrot X hesabında açıqlama verib.
Turkustan.az xəbər verir ki, o bildirib:
"Qəzzaya gedən Qlobal Sumud Donanması İsrail səlahiyyətliləri tərəfindən axtarış və ələ keçirmə ilə üzləşib. Fransa İsrail hakimiyyətini gəmidəkilərin təhlükəsizliyini təmin etməyə, onların konsulluq mühafizəsi hüquqlarını təmin etməyə və mümkün qədər tez Fransaya qayıtmalarına icazə verməyə çağırır".
Barrot donanmada olan Fransa vətəndaşlarına bölgəyə səyahət etməmələri ilə bağlı xəbərdarlıq edildiyini xatırladaraq, vətəndaşlarının təhlükəsizliyi üçün İsrail səlahiyyətliləri ilə əlaqə saxladıqlarını qeyd edib.
Fransanın bölgədəki prioritetlərinin atəşkəsin təmin edilməsi, HƏMAS məhbuslarının azad edilməsi və geniş miqyasda humanitar yardımların çatdırılması olduğunu vurğulayan Barrot, donanmanın daşıdıqları humanitar yardımı bölgədəki yardım təşkilatlarına çatdırmalarını istəyib.
Aytən Yaşar/ Turkustan.az