Krıma yeni hücum: Daha 2 təyyarə vuruldu - VİDEO


Ukrayna ordusu Rusiyanın Krımda yerləşən hərbi bazasına növbəti dəfə PUA-larla hücum edib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Rusiyaya məxsus iki ədəd An-26 nəqliyyat təyyarəsi məhv edilib.

Bundan başqa, iki ədəd radiolokasiya stansiyası da zərərsizləşdirilib.

Qeyd edək ki, sentyabrın 23-nə keçən gecə Ukrayna işğal olunmuş Krımdakı Kaça aerodromunda iki təyyarəni vurmuşdu. /axar.az/


MANŞET XƏBƏRLƏRİ