CHP-ni sarsıdan iddia! Gürsel Tekin polisə 30 addan ibarət siyahı verib


CHP İstanbul İl Başqanlığına müvəqqəti olaraq təyin edilən Gürsel Tekin dünən yüzlərlə polisin müşayiəti ilə partiyanın qərargah binasına daxil olub.

Turkustan.az xəbər verir ki, polis müdaxiləsi zamanı plastik güllə və gözyaşardıcı qazdan istifadə edilib. Yalnız bu müdaxilədən sonra Tekin binaya girə bilib.

Hadisədən sonra CHP rəhbərliyindən sürpriz qərar gəlib. Partiya İstanbulun Sarıyer səmtində yerləşən əyalət binasını bağlayaraq Bahçelievlərə köçmək qərarına gəlib. CHP Mərkəzi İcraiyyə Komitəsinin bu qərarı barədə Ali Apellyasiya Məhkəməsinə məlumat verilib. Beləliklə, Bahçelievlərdəki bina rəsmi olaraq CHP İstanbul İl Baş Qərargahı statusu alıb. Sarıyer binası isə partiya lideri Özgür Özəlin ofisi kimi istifadə olunacaq.

Mövzu ilə bağlı CHP-nin İstanbul millət vəkili Əli Gökçek Halk TV-də maraqlı bir iddia ilə çıxış edib. Gökçek bildirib:

"Bu gün əyalət binasına getmək istəyən bir çox partiyadaşımızın qarşısı alındı. Səbəbini soruşduqda isə onlara belə cavab verilib: 'Gürsel Tekin bizə 30 nəfərlik siyahı təqdim edib. Əgər adınız bu siyahıda yoxdursa, sizi içəri buraxa bilmərik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ