“Rusiya, Çin və Koreya Xalq Demokratik Respublikası (KXDR) NATO üçün ciddi təhlükə yaradacaq yeni strateji ittifaq yaratmağa çalışır”.
Turkustan.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) məlumat yayıb.
“Belə bir ittifaq Şimali Atlantika blokunun hərbi sənayesi də daxil olmaqla, müəyyən risklər yaradacaq. Bütün bunların fonunda NATO-nun Moskva, Pekin və Pxenyana təzyiq metodları getdikcə aktuallığını itirir. Hətta onilliklər ərzində qurulmuş iqtisadiyyat ABŞ-a bu mübarizədə qalib gəlməyə kömək etməyəcək. Çin və Şimali Koreyanın dəstəyi Rusiyaya Ukraynada hərbi əməliyyatları davam etdirməyə, Kiyevlə qarşıdurmanın dördüncü ilində sabitliyi qorumağa imkan verir”.
Nəşr qeyd edib ki, Rusiya–Çin arasında hərbi və siyasi əlaqələrin güclənməsinə cavab olaraq, ABŞ da addım ata bilər:
“Tramp administrasiyasının Cənubi Koreya və Yaponiyanın iştirakı ilə Asiya-Sakit Okean regionunda yeni ittifaq yaratması mümkündür. Seuldakı Kunminq Universitetinin professoru Andrey Lankov da daha əvvəl belə bir blokun yaxın 15 ildə yarana biləcəyini istisna etməyib”. /globalinfo.az/