Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın ölkəsinə qarşı mümkün hərbi müdaxiləsi ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, paytaxt Karakasda ordu komandirləri ilə görüşən Maduro ABŞ prezidenti Donald Trampın "təyyarələrinizi vuracağıq" təhdidinə cavab verib.
Maduro: "Hazırda silahsız mübarizə mərhələsindəyik. Bu, siyasi, kommunikasiya və təşkilati mərhələdir. Venesuelaya hücum edilərsə, silahlı mübarizə mərhələsinə keçəcək" dedi.
Ölkəsinin səfərbərlik prosesində olduğunu vurğulayan Maduro deyib:
"Biz sülhməramlıyıq, lakin biz həm də döyüşçü millətiyik. Nə bu gün, nə də gələcəkdə heç kim bizi əsarət altına ala bilməz. Birləşmiş Ştatlar Venesuelada zorakı rejim dəyişikliyi planlarından əl çəkməlidir. Hücum baş verərsə, xalqımız milli, yerli və regional səviyyədə planlaşdırılmış və təşkilatlanmış silahlı mübarizə mərhələsinə qədəm qoyacaq."
Maduro Venesuela xalqına hörmət etmək şərti ilə hər zaman dialoq və danışıqlara açıq olduqlarını vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az