Putin və Tramp razılaşıb: Müşavir hər şeyi danışdı


Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp mövqelərini yaxınlaşdırmaq barədə razılığa gəliblər ki, bu da iki ölkə arasında münasibətlərə müsbət təsir edir.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya liderinin müşaviri Anton Kobyakov "RİA Novosti"yə müsahibəsində bildirib.

O, Şərq İqtisadi Forumu (EEF) çərçivəsində jurnalistlərə açıqlama verib.

"Bu çox mühüm hadisələrdən sonra prezidentimiz və Tramp mövqelərini bir-birinə yaxınlaşdırmaq, münasibətləri effektiv şəkildə yaxşılaşdırmaq barədə razılığa gəlib", - rəsmi bildirib.

Qeyd edək ki, avqustun 15-də Putin və Tramp Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson hərbi bazasında görüşüb. Liderlər arasında söhbət 2 saat 45 dəqiqə davam edib./publika.az


MANŞET XƏBƏRLƏRİ