ABŞ prezidenti Tramp Oval Ofisdə keçirdiyi mətbuat konfransında gündəmi dəyərləndirərkən ABŞ və Venesuela arasında artan gərginliyə toxunub.
Turkustan.az xəbər verir ki, Venesuela döyüş təyyarələrinin ABŞ-ın hərbi-dəniz qüvvələrinə yaxın uçması barədə nə düşündüyünü soruşduqda Tramp: "Düşünürəm ki, onlar problemlə üzləşəcəklər. Biz onlara bunu deyirik. Təhlükəli mövqedə uçurlarsa, kapitanlarımız nə etmək istədiklərinə özləri qərar verəcəklər" deyib.
Sözügedən təyyarələrin ABŞ-a nə qədər yaxından “təhlükə” yaratdığı sualına Tramp “Bizi təhlükəli vəziyyətə salsalar, o təyyarələr vurulacaq” cavabını verib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) iki Venesuela hərbi təyyarəsinin beynəlxalq sularda ABŞ donanmasının gəmisinin yaxınlığından uçduğunu açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az