Trampın Şimali Koreya ilə bağlı gizli planı: Xüsusi təyinatlılar ifşa olundu


ABŞ prezidenti Donald Trampın 2018-ci ildə Şimali Koreya lideri Kim Çen Inla görüşündən sonra iki ölkə arasında münasibətlərdə köklü dəyişiklik baş verməyib.

Turkustan.az xəbər verir ki, iki lider 2019-cu ildə iki dəfə görüşüb, lakin sammitlər heç bir nəticə verməyib.

Donald Tramp görüşlərdən sonra Kim Çen Inla yaxşı münasibətdə olduğunu bildirib.

ABŞ mediası 2019-cu ildə ABŞ xüsusi təyinatlılarının Şimali Koreyaya gedərək dinləyici qurğu yerləşdirməyə çalışdığını, lakin əməliyyatın uğursuzluqla nəticələndiyini yazıb.

Mini sualtı qayıqla Şimali Koreyanın qayalıq sahilinə enən ABŞ xüsusi təyinatlıları cihazın yerini müəyyən edə bilməmiş ölkədən qaçmağa məcbur olublar.

Əməliyyat əmri ABŞ prezidenti Trampdan gəlib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ