Rusiya özünü heç kimdən təcrid etmir, ölkə əməkdaşlığa açıqdır.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
Teleaparıcı Mariya Rıbakovanın ayını simvolizə edən Rusiyanın Çin və Hindistan - əjdaha və fillə ittifaqda hansı rolu oynadığı sualına Putin belə cavab verib:
“Ayı elə ayıdır. Rusiyanın ikibaşlı qartalı təkcə qərbə və şərqə deyil, həm də cənuba baxır. Bu, hardasa dönüş deyil, dünyada gedən proseslərə obyektiv reaksiyadır, istəyənlərlə əməkdaşlıqdan heç vaxt imtina etməmişik”.
(axar.az)