Çin paradda yeni silahını tanıtdı: Hədəf tanımır


İkinci Dünya Müharibəsinin bitməsinin 80-ci ildönümü ilə əlaqədar Çində keçirilən hərbi parad beynəlxalq sistemin gələcəyi üçün əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirilib və Çinin nümayiş etdirdiyi silahlar da ön plana çıxıb.

Turkustan.az xəbər verir ki, həm iqtisadi, həm də hərbi baxımdan ABŞ ilə rəqabətdə olan Çin həm müdafiə, həm də hücum vəziyyətində istifadə edə biləcəyi silahları nümayiş etdirib.

Onlarla silah arasında DF-5C qitələrarası ballistik raket və LY-1 lazer hava hücumundan müdafiə sistemi xüsusi diqqət çəkib.

Dongfeng-5C (DF-5C) Çinin ən qabaqcıl ballistik raketi olaraq göstərildiyi halda, Defense Mirror-a görə, sözügedən raket 20 min kilometr mənzillə dünyanın istənilən nöqtəsini vurma qabiliyyətinə malikdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ