İsrail Fələstini tamamilə məhv etmək istəyir. Fələstinə aid heç bir şeyi görmək istəmir və buna görə də 7 oktyabr (2023) sonra etdiklərini etdi və Qəzzanı demək olar ki, tamamilə məhv etdi.
Turkustan.az xəbər verir ki, bunu Mahmud Abbas Səudiyyə Ərəbistanında yerləşən Əl-Ərəbiyyə kanalına deyib.
İsrailin Fələstini məhv etmək niyyəti ilə bağlı Abbas: "İsrailin etməyə çalışdığı, istədiyi və etməyə davam etdiyi budur. Beynəlxalq ictimaiyyət icra olunmayan qərarlar verməyə alışıb. Birləşmiş Millətlər Təşkilatında minlərlə qətnamə qəbul edilib, amma heç biri də yerinə yetirilməyib" deyib.
Fələstin prezidenti: “Fələstin vəziyyəti indi təkcə Qəzzada deyil, İordan çayının qərb sahilində də tam bir fəlakətə çevrilib. Netanyahu şəxsi səbəblərdən Fələstin xalqına qarşı soyqırımını davam etdirməkdə israrlıdır. Baş nazir olmasaydı, çoxdan həbs edilərdi. O, cəzadan yayınmaq üçün baş nazir olaraq qalmaq istəyir"-deyə, əlavə edib.
Aytən Yaşar/ Turkustan.az