Kreml: Zirvə görüşündə razılıq əldə olunmayıb


Kremlin xarici siyasət müşaviri Yuri Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski ilə üçtərəfli və ya ayrıca ikitərəfli görüş barədə razılığa gəlməyib.

Turkustan.az xəbər verir ki, Uşakov “Rossiya” dövlət kanalına verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüşün məzmunu barədə ətraflı məlumat verib.

Trampın xüsusi nümayəndəsi Steve Vitkoffun Moskvaya səfəri zamanı razılaşdırılan məsələlərin inkişaf etdirilməsi üçün Alyaskada hər iki liderin razılığa gəldiyi məlumatını paylaşan Uşakov: "Vitkoffun beş səfərində əldə etdiyi hər şey, xüsusilə sonuncusu, Putin və Tramp arasındakı görüşün əsasını təşkil etdi. Bundan sonra liderlər necə davam edəcəkləri mövzusunda razılığa gəldilər" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ