Tramp bu gün Ağ Evdə Qəzza ilə bağlı iclasa sədrlik edəcək


ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, Trampın Qəzza ilə bağlı “müharibədən sonrakı planı” müzakirə etmək üçün bu gün Ağ Evdə geniş tərkibli iclas keçirəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Vtkoff məsələ ilə bağlı Amerikanın Fox News kanalına danışıb.

Qəzza ilə bağlı planlarının olub-olmaması sualını cavablandıran Vitkof bu gün Trampın başçılığı ilə Ağ Evdə bu mövzuda əhatəli bir toplantı keçirəcəklərini açıqlayıb.

İclasda Qəzza ilə bağlı "müharibə sonrası plan"ın müzakirə ediləcəyini və bunun üçün hərtərəfli planlar hazırladıqlarını bildirən Vitkoff: "Bunu bir şəkildə həll edəcəyimizi və ilin sonuna qədər mütləq bir nəticəyə gələcəyimizi düşünürük" dedi.

Bu arada ABŞ dövlət katibi Marko Rubionun israilli həmkarı Gideon Saarı bu gün Vaşinqtonda qəbul edəcəyi və ikili arasında müzakirələrin Qəzza zolağına yönələcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ