“İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir”.
Turkustan.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İrəvanda keçirdiyi brifinqdə deyib.
O, Qafqazda sülhün strateji əhəmiyyət kəsb etdiyini deyib:
“Həmişə Ermənistanın ərazi bütövlüyünü dəstəkləmişik və regionda istənilən güc tətbiqinə qarşı olmuşuq. Problemlərin regiondankənar dövlətlərə ötürülməsi vəziyyəti daha da çətinləşdirir. Qonşularımız, xüsusən də qonşu Ermənistan üçün sülh və əmin-amanlıq istəyirik”.
Pezeşkian regionda güc tətbiqinin əleyhinə olduqlarını vurğulayıb.
“İran üçün Qafqazda sülh strateji prioritetdir. Tehranın mövqeyi Qafqazda sərhədlərin toxunulmazlığı ilə bağlıdır. Hesab edirik ki, bu dəyişikliklər geosiyasi rəqabətə səbəb ola bilər”, – İran Prezidenti qeyd edib. /Globalinfo.az/