Putin-Zelenski görüşünün vaxtı ELAN EDİLDİ


Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüş avqustun sonuna qədər baş tuta bilər.

Turkustan.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts bildirib.

O, jurnalistlərə deyib ki, “Amerika prezidenti Rusiya prezidenti ilə telefonla danışıb və yaxın iki həftə ərzində Rusiya və Ukrayna prezidentləri arasında görüş barədə razılığa gəlib”.

“Eyni zamanda, görüşün yeri hələ müəyyən edilməyib”,- deyə o əlavə edib.

Merts deyib ki, belə bir sammitə yaxşı hazırlaşmaq lazımdır, lakin o, Putinin orada iştirak etmək üçün “cəsarət edib-etməyəcəyinə” əmin deyil.

"Rusiya prezidentinin belə bir sammitdə iştirak etməyə cəsarəti çatıb-çatmayacağını bilmirik. Ona görə də onu inandırmaq lazımdır", - Almaniya kansleri deyib. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ