Qazdan istifadə qaydaları hazırlanacaq.
Turkustan.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Qaz təchizatı haqqında” qanunun tətbiqi barədə imzaladığı Fərmanda əksini tapıb.
Nazirlər Kabineti qazdan istifadə qaydalarını hazırlayıb 9 ay ərzində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabinetinə bu müddət ərzində qaz təchizatı sisteminə dair qaydaları hazırlamaq da tapşırılıb.