Əməliyyat zamanı daha bir biabırçılıq: Xəstənin çılpaq görüntüləri yayıldı – VİDEO


Bakıda fəaliyyət göstərən klinikaların birində əməliyyat proseduru zamanı daha bir qeyri-etik görüntülər yayılıb.

Turkustan.az xəbər verir ki, bu barədə jurnalist Pərvin Abışova sosial şəbəkə hesabında paylaşım edib.

Görüntülərdə qadın xəstənin bədəni çılpaq halda nümayiş olunub.

Jurnalist bildirib ki, videoda Abdullayeva Gülbədə digər həmkarları ilə sözügedən məqamda oynayaraq videoçəkiliş edib.

Pərvin Abışova qeyd edib ki, adıçəkilən tibb işçisi əvvəl saç ustası olub.

Məlumata görə, görüntülər “Dost Estetik Mərkəzi”ndə çəkilib.

Məsələ ilə bağlı "Dost Estetik Mərkəzi" ilə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ