Ermənistan ordusunda hərbçilərin işdən çıxarılması prosesi başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Bildirilib ki, son aylarda bir çox hərbçilər, o cümlədən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə xidmət edənlərin bir qismi vəzifələrini itiriblər.
Nəşrin məlumatına görə, orduda kütləvi ixtisarlar başlayıb. Əsasən, attestasiyadan keçməyən və nisbətən aşağı maaşla xidmətini davam etdirən hərbçilər işdən çıxarılır. /globalinfo.az/