Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşə hazır olduğunu bəyan edib.
Turkustan.az bu barədə Ukrinform-a istinadla xəbər verir.
O, ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında rəhbərlik səviyyəsində dialoqun vacibliyini vurğulayıb.
Zelenski “ağrılı problemlərin” yalnız dövlət başçıları arasında müzakirə edilə biləcəyini bildirib. Onun sözlərinə görə, Avropa liderləri də bu mövqeyi dəstəkləyiblər və üçtərəfli görüşün keçirilməsi gözlənilir. /bakivaxti.az/