Putin və Zelenski dil tapa biləcəklər - Tramp


ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenskinin ortaq dil tapa biləcəklərinə ümid etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, bunu Tramp Ağ Evdə Zelenski və Aİ liderləri ilə qrup görüşündə deyib.

Tramp görüşün məqsədinin Rusiya ilə Ukrayna arasındakı münaqişəni yatırtmaq cəhdi olduğunu söylədi.

Daha əvvəl o, Oval Kabinetdə Zelenski ilə görüşdə bildirib ki, sülh müqaviləsi bağlanmazdan əvvəl Rusiya ilə Ukrayna arasında atəşkəs "lazım deyil".

"Davamlı sülh yaratmaq üçün çalışarkən hamımız açıq şəkildə dərhal atəşkəsə üstünlük verəcəyik", - Tramp Aİ liderləri və Zelenski ilə bir saatlıq qapalı görüşdən sonra jurnalistlərə deyib.

Qeyd edək ki, daha əvvəl Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski görüşüb.

Görüşdə Tramp bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş görür. O, Rusiya lideri Vladimir Putinlə Alyaskada görüşünü xatırladıb və bildirib ki, indi vəziyyəti həll etmək üçün əla fürsətdir. ABŞ Prezidenti Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən dərhal sonra rusiyalı həmkarı Vladimir Putinə zəng edəcəyini bildirib. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ