Rus deputatdan SƏRSƏM AÇIQLAMA: “Əmək miqrantları ailələrini ölkəmizə gətirməsinlər!”


Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov əmək miqrantlarının ailə üzvlərini Rusiyaya gətirməsinin qarşısının alınması təklifilə çıxış edib.

Turkustan.az xəbər verir ki, deputatın fikrincə, Rusiyaya işləmək üçün gələn əcnəbilər yalnız özləri gəlməli, arvad-uşaqlarını isə ölkədə saxlamalıdırlar:

"Əgər bu məsələ tənzimlənsə, məktəblərdə və uşaq bağçalarında kifayət qədər yer olacaq. Çox vaxt miqrantlar işləmək niyyəti olmadan belə ailələrini buraya gətirirlər. Bu, əlavə sosial yük yaradır".

O, vurğulayıb ki, miqrantlar gəlir, işləyir, pul qazanır və sonra öz ölkələrinə geri dönməlidirlər./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ