ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında baş tutan görüşdən sonra hər iki lider müsbət açıqlamalar verib, Donald Tramp isə razılaşdıqları məsələlər olsa da, bəzi mühüm məqamlarda razılığa gələ bilmədiklərini bildirib.
Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin müharibənin səbəblərini aradan qaldırmağın vacibliyini vurğulayıb və Rusiyanın narahatlığının nəzərə alınmasını tələb edib.
ABŞ mətbuatı Rusiyanın sülh təklifi barədə məlumat yayıb.
“New York Times”ın (NYT) iki avropalı rəsmiyə istinadən verdiyi məlumata görə, Rusiya tərəfi müharibəni dayandırmaq üçün Ukraynanın şərqindəki Donbas bölgəsindən Ukrayna qoşunlarının tamamilə çıxarılmasını tələb edib.
Rusiya prezidenti həmçinin rus dilinin Ukraynada ikinci rəsmi dil olmasını və rus pravoslav kilsələrinin qorunmasını tələb edib.
Aytən Yaşar/ Turkustan.az