Ərdoğan Putin-Tramp görüşünə belə REAKSİYA verdi


Prezident Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü ilə bağlı X hesabından açıqlama verib.

Turkustan.az xəbər verir ki, Ərdoğan açıqlamasında bu sözləri deyib:

ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin arasında Alyaskada keçirilən danışıqlar Rusiya-Ukrayna müharibəsinə son qoymaq axtarışlarına yeni təkan verib.

Biz Alyaska Sammitini alqışlayırıq və ümid edirik ki, Ukrayna prezidenti Zelenskinin iştirakı ilə bu yeni proses davamlı sülhün əsasını qoyacaq.

Türkiyə sülhün bərqərar olması üçün hər cür töhfə verməyə hazırdır”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ