“AK Partiyanın tənəzzülündə mühüm mərhələyə şahidlik edirik”.
Turkustan.az xəbər verir ki, CHP sədri Özgür Özəl dünən Bayrampaşada keçirilən mitinqdə prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı sözlərlə gündəm yaradıb. Özəl mitinqdə, “AK Partiya, yubiley hədiyyəniz gəlir. Sabah saat 12:00-də gözləyin,” – deyərək diqqətləri cəlb edib. Bu çıxışdan sonra mətbuat qarşısında da bəyanat verib.
Özəl, açıqlamasında “AK Partiyanın ad günü hədiyyəsinə gəlmişik” deyə bildirib və vəkil Mücahit Birincinin, İstanbul Böyükşəhər Bələdiyyəsinə dair istintaqda həbs olunan iş adamı Murat Kapkı ilə gizli görüşərək sövdələşmə təklif etdiyini iddia edib.
O, daha sonra AK Partiyanın idarəçiliyini sərt şəkildə tənqid edib: “Demokratiyanı yalnız özlərinə sərf edəndə istifadə edən, 31 martdan sonra isə qatardan düşmək istəyənlərin dövründəyik. Və bu təcrübəni illər əvvəl həyata keçirən, bir vaxtlar ‘manşetlə mübarizə aparırıq’ deyənlər bu gün manşetlə rəqiblərinə böhtan atır. ‘Biz qəyyumluq sistemlərinə qarşıyıq’ deyənlər indi yaratdıqları qəyyum mexanizmləri ilə sivil siyasətə əngəl törədir.”“Böhtan atanlardan, təhqir edənlərdən, müxalifətə qarşı ikili hüquq tətbiq edənlərdən, ‘uf’ deyənə qarşı iddia açıb, digərlərinə isə hər cür hücum və təhqirlərə səssiz qalanlardan danışırıq. Bu, bir riyakarlıq dövrüdür.”
Özəl əlavə edib ki, bu gün “Fəzilətlilər Hərəkatı” adı ilə başlayan bir siyasi axımın, indi “böhtançıların və sui-qəsdçilərin hərəkatına” çevrildiyi dövrə şahidlik edirik:“Biz murdarlıq damcılayan və bunu öz aralarında çox yaxşı bilən, amma buna baxmayaraq bu qaranlıq sistemi davam etdirməyə çalışanların dövründəyik.”
O, çıxışının sonunda qeyd edib: “Bugünkü görüntü — saat 12:00-da baş verəcək bir anlıq görüntü — AK Partiyanın süqutunun simvolik mərhələlərindən biridir. Bu, hələ iqtidarın tam sonu deyil, lakin ölüm prosesinin mühüm mərhələsidir. Biz bu dönüş nöqtəsinə şahidlik etmək üçün buradayıq".
Aytən Yaşar/ Turkustan.az