ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin arasında Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün cümə günü Alyaskada baş tutacaq tarixi görüşdən əvvəl Britaniyanın Daily Telegraph qəzeti tənqidi xəbər paylaşıb.
Turkustan.az xəbər verir ki, hesabata görə, Ukrayna hərbi əməliyyatları dayandırmağa və Rusiyanın de-fakto nəzarətində olan Ukrayna ərazilərini Avropanın dəstəklədiyi sülh planının bir hissəsi kimi Rusiyaya verməyə razılaşa bilər.
Ukrayna lideri Zelenski Avropa liderlərinə bildirib ki, onlar Donald Trampın Ukraynaya daha çox ərazi verməsini nəzərdə tutan istənilən sazişi rədd etsinlər, lakin Rusiya ələ keçirdiyi ərazilərin bir hissəsini saxlamağa icazə verilə bilər.
Bu, cəbhə xəttinin yerində dondurulması və Luqansk, Donetsk, Zaporojjya, Xerson və Krımda işğal etdiyi ərazilərə faktiki nəzarətin Rusiyaya verilməsi deməkdir.
Aytən Yaşar/ Turkustan.az