11 sentyabr hadisələrindən 24 il sonra 3 qurbanın şəxsiyyəti müəyyənləşdi


2001-ci il sentyabrın 11-də Nyu Yorkda Dünya Ticarət Mərkəzinin binalarına edilən və ABŞ tarixində ən böyük terror aktı kimi qeydə alınan hücumlarda həyatını itirən daha 3 nəfərin şəxsiyyəti müəyyənləşib.

Turkustan.az xəbər verir ki, hücumlardan təxminən 24 il sonra daha üç qurbanın şəxsiyyəti müəyyən edilib.

Nyu York Baş Tibb Mütəxəssisi Dr. Jason Graham, DNT analizindən sonra hücumlarda ölənlər arasında Rayan Fitzgerald, Barbara Keating və adı açıqlanmayan bir qadının olduğunu açıqladı.

Qraham hücumlarda həyatını itirənləri "şərəfləndirmək" üçün bu səyləri davam etdirdiklərini və istintaqın qurbanların şəxsiyyətini müəyyən etmək üçün ailə üzvlərindən DNT nümunələri almaq üçün insanlara müraciət etməyə davam etdiyini ifadə etdi.

Nyu-York meri Erik Adams verdiyi açıqlamada: "11 sentyabr terror hücumlarında yaxınlarını itirənlərin ağrıları onilliklər boyu əks-səda verdi, lakin bu üç yeni şəxsiyyətlə biz hələ də kədər içində olan ailə üzvlərinə təsəlli vermək üçün daha bir addım atdıq" dedi.

ABŞ-da 11 sentyabr 2001-ci il terror aktlarında həyatını itirənlərin və həlak olanların yaxınlarının açdığı məhkəmə iddialarının çoxu hələ də davam etsə də, bir çox maraqlı suallar cavab gözləyir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ