Aİ Azərbaycan-Ermənistan razılaşmasına REAKSİYA VERDİ


Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunması istiqamətində əldə edilən irəliləyişi və bununla bağlı Vaşinqtonda ifadə olunan iradəni alqışlayıb.

Turkustan.az xəbər verir ki, Aİ Şurasının sədri Antonio Kosta və Aİ Komissiyasının sədri Ursula fon der Leyen Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı birgə yazılı bəyanat yayıblar.

Bildirilib ki, Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılan danışıqlar və iki ölkə arasında sülh müqaviləsinin paraflanması böyük məmnunluqla qarşılanıb.

"ABŞ prezidenti (Donald) Trampın iştirakı ilə baş nazir Paşinyan və prezident Əliyev tərəfindən Ağ Evdə siyasi bəyannamənin imzalanması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm hadisədir. Bu, həm hər iki ölkə, həm də bütün region üçün davamlı və davamlı sülhə yol açır", - deyə bəyanatda bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ