Livanda hökumətin silah toplamaq qərarı ölkənin bir çox yerində etirazla qarşılanıb.
Turkustan.az xəbər verir ki, yerli medianın məlumatına görə, Hizbullah tərəfdarı qruplar paytaxt Beyrutun Dahiya rayonunda böyük nümayiş keçirib.
Yüzlərlə avtomobil və motosikletin iştirak etdiyi nümayişdə hökumətin silah toplamaq qərarına etiraz edilib.
Hizbullah tərəfdarları ölkənin şərqindəki Baalbek və cənubundakı Nəbatiyyə və Sur şəhərlərində də etiraz aksiyaları keçiriblər.
Əllərində Hizbullah bayraqları və motosiklet sürən nümayişçilər yollarda böyük izdiham yaradaraq nəqliyyatın hərəkətini dayandırıblar.
Nümayişçilər bəzi ərazilərdə təkər yandırarkən, İsraili və hökumətin qərarını tənqid edən şüarlar səsləndiriblər.
Bu gün axşam saatlarında Livanda toplaşan Nazirlər Şurası ölkədəki bütün silahlı qüvvələrin, o cümlədən Hizbullahın dövlət inhisarına verilməsi və silahların qrupların əlinə toplanması qərarını təsdiqləyib.
Nazirlər Şurasının iclasından sonra verdiyi açıqlamada, informasiya naziri Paul Markus hökumətin aldığı qərarlarla ölkədə sabitliyi təmin etməyi, dövlət hakimiyyətini qurmağı və yenidən qurmağı hədəflədiyini ifadə edərək: "Hizbullah da daxil olmaqla, bütün ərazilərdə silahlı mövcudluğa son qoymağa və ordunu sərhəddə yerləşdirməyə razılaşdıq" dedi.
Aytən Yaşar/ Turkustan.az