ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brus nazirlikdə keçirdiyi mətbuat brifinqində Suriya ilə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Brus ABŞ administrasiyasının PKK/ YPG ünsürlərinin " Suriya mərkəzləşdirilməmiş bir quruluşa keçməlidir" ifadələrini işlədib.
ABŞ sözçüsü ABŞ rəhbərliyinin Suriya ilə bağlı mövqeyi və ya siyasətinin dəyişmədiyini vurğulayaraq: "Suriya sabitliyə, suriyalılar isə sülhə layiqdir" deyib. Ölkənin sağlam demokratiyaya və institusional quruluşa doğru irəliləyişini dəstəklədiklərini ifadə edən Brus ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın açıqlamalarına da istinad etdi.
"Səfir Barak bütün suriyalılar üçün təhlükəsizlik və əmin-amanlığın təmin edilməsi üçün bütün tərəflərlə görüşməyə davam edir və biz Suriya hökuməti və SDQ-nin Suriya ordusuna inteqrasiyasını hədəfləyən SDQ ilə dialoqu dəstəkləməyə davam edirik", - deyən Brus bu istiqamətdə atılan addımları dəstəkləməyə davam edəcəklərini bildirib.
Brus Suriyanın hərtərəfli və əhatəli hökumətə ehtiyacı olduğunu və bu sahədə islahatlarla bağlı Suriya hökuməti ilə görüşdüklərini izah edib. O: "Əhəmiyyətli olan Suriyada sabitlik üçün çalışmağımızdır. Suriya ilə bağlı əvvəlki mövqeyimiz qüvvədə qalır. Problemləri necə həll etdiyimizə gəldikdə, demokratiya diplomatiya qədər həyati əhəmiyyət kəsb edir" dedi.
Aytən Yaşar/ Turkustan.az