Mal varlığına həbs qoyulan Özcan Dəniz səhnədə üsyan etdi: Dostum mənə zərbə vurdu


Özcan Dənizin 22 ildir meneceri olan böyük qardaşı Ercan Dənizlə yollarını ayırması həm şəxsi, həm də iş həyatına dərindən təsir edib.

Turkustan.az xəbər verir ki, qardaşlar arasındakı gərginlik iş ortaqlığının sonu ilə məhdudlaşmırdı; mülkiyyət sənədlərinin təhvil verilməsi ilə bağlı mübahisələr və hədələyici ifadələr məhkəməyə səbəb olub.

Son hadisələrə görə Özcan Denizin bütün mal varlıqlarına və bank hesablarına həbs qoyulması prosesi başlayıb. “Sabah” qəzetinin məlumatına görə, bu qərarın əsası sənətçinin əvvəllər zamin durduğu Ercan Dənizə olan bank borclarıdır. Kreditor banklar Özcan Dənizin gəlir və aktivlərini birbaşa hədəf alan müsadirə proseduruna başlayıb.

Sənətçinin hüquq qrupu həbs qərarı ilə bağlı hüquqi etirazlar qaldırıb. İş məhkəmədə davam edərkən Özcan Dənizin həm karyerasına, həm də psixi sağlamlığına mənfi təsir göstərən maliyyə qarışıqlığı yaşadığı iddia edilir.

Özcan Dəniz səhnədə partladı: Ən yaxın dostum məni incitdi!

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ