ABŞ 2018-dən bəri İrana qarşı ən genişmiqyaslı sanksiyaları tətbiq etdi


ABŞ Maliyyə Nazirliyi İran və Rusiyadan neft nəql edən şəxslərə və qurumlara qarşı 115-dən çox sanksiya elan edib.

Turkustan.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi “İranla əlaqəli gəmiçilik şəbəkəsi” ilə bağlı açıqlama verib. Bəyanatda Xarici Aktivlərin Mühafizəsi İdarəsi (OFAC) İran və Rusiyadan neft və neft məhsullarının daşınması ilə əlaqəli şəxslər və qurumları hədəf alan 115-dən çox sanksiya elan edib.

Bəyanatda qeyd olunub ki, bu, 2018-ci ildən bəri İrana qarşı ən böyük sanksiya addımıdır. ABŞ Maliyyə Naziri Scott Bessent sözügedən sanksiyaların ABŞ-ın təhlükəsizliyinə üstünlük verdiyinə diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ