Avropa ölkəsindən İsrailə şok! Nazirlərin ölkəyə girişi qadağan edildi


İsrailin ifrat sağçı nazirlər İtamar Ben-Qvir və Bezalel Smotriçin Hollandiyaya girişi qadağan edilib.

Turkustan.az xəbər verir ki, Hollandiya İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçin ölkəyə girişini qadağan edib və bu qərar iki ölkə arasında gərginliyi artırıb.

Qərarın Hollandiyanın İsraildəki səfiri Marriet Şuurmanın Xarici İşlər Nazirliyinə çağırılması ilə nəticələndiyi bildirilir. Xarici İşlər Nazirliyi, Ben-Qvir və Smotrichin Hollandiyaya səfər qadağası ilə bağlı qərarı pisləmək üçün səfir Şuurmanın nazirliyə çağırıldığını ifadə edən yazılı açıqlama yayıb.

İsrailin xarici işlər naziri Gideon Saarın yerli vaxtla saat 17:00-da Şuurmanla görüşəcəyi, Təl-Əvivin Hollandiyanın qərarından narahatlığını ifadə edəcəyi bildirilir.

Hollandiya dünən Ben-Gvir və Smotrich-in ölkəyə girişini qadağan etdi, çünki onlar işğal altındakı İordan çayının qərb sahilində Fələstin torpaqlarını ələ keçirən israillilər tərəfindən fələstinlilərə qarşı zorakılıqları təhrik edib və Qəzza zolağında etnik təmizləmə aparmağa çağırıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ